Arduino ekosistemində RTOS dövrü daha da güclənir: ArduinoCore-zephyr 0.90.0 rəsmi olaraq beta mərhələsindən çıxıb və sabit kimi işarələnib. Bu nüvə artıq inkişaf etmiş Arduino plataları üçün əsas framework sayılır və paralel olaraq mbedOS əsaslı köhnə nüvələr mərhələli şəkildə ləğv olunmağa başlayır.
Yeni plata və aparat dəstəyi
Bu buraxılışla bir neçə maraqlı yenilik gəlir:
- Nano RP2040 Connect – artıq rəsmi olaraq Zephyr nüvəsinə qoşulub. RP2040 üzərində tam RTOS imkanları və standart Arduino API uyğunluğu əldə edirsiniz.
- Portenta H7 və Portenta C33 üçün SD kart dəstəyi aktivdir. Məlumat jurnallaşdırmaq, lokal fayl saxlamaq və dataloqger layihələri üçün əlavə modul yazmağa ehtiyac qalmır.
- Nano 33 BLE üçün rəsmi PDM kitabxanası dəstəyi. Rəqəmsal mikrofonla audio nümunə götürmə, səs-küy aşkarlanması və edge AI səs emalı layihələri daha rahat qurulur.
Avtomatik loader sinxronizasiyası
0.90.0 ilə bütün dəstəklənən platalarda loader-sketch avtomatik sinxronizasiya aktivdir. Arduino IDE hər upload zamanı loader versiyasını yoxlayır və lazımdırsa avtomatik yeniləyir. Praktik olaraq bu o deməkdir ki:
- köhnə mbedOS əsaslı sketch işləyən platanı qoşursunuz;
- Board Manager-dən Zephyr əsaslı nüvəni seçirsiniz;
Uploadedirsiniz – IDE özü loader-i Zephyr ilə uyğun hala gətirir.
Dəstəklənən əsas platalar
Tam siyahıya daxildir:
- Arduino UNO Q
- Portenta H7, Portenta C33
- Arduino Opta microPLC
- Arduino GIGA R1 WiFi
- Nano Matter, Nano RP2040 Connect, Nano 33 BLE
- Nicla Sense ME, Nicla Vision
Başlamaq üçün Arduino IDE-də Board Manager-i açın, “zephyr” axtarın və ArduinoCore-zephyr 0.90.0 versiyasını quraşdırın. Daha detallı dəyişikliklər və release notes üçün GitHub səhifəsinə baxmağı unutmayın.
Mənbə: blog.arduino.cc










