🛒 Arduino, ESP32 və modullar

Embedded Firmware və Mikrokontroller Proqramlaşdırma

STM32, ESP32 və Arduino firmware yazılması — bare-metal C/C++, FreeRTOS, Zephyr. Sensor inteqrasiyası, aşağı enerji sərfiyyatı, bootloader və OTA yeniləmə.

Tipik layihə:Sənsor-əsaslı IoT cihaz· 3–8 həftə

Layihə

Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.

STM32, ESP32, Arduino, Raspberry Pi ilə mikrokontroller proqramlaşdırması. FreeRTOS, Zephyr, bare-metal C/C++, low-power dizayn. Bootloader, OTA firmware yeniləmə, secure boot.

Firmware cihazın xarakterini müəyyən edir: eyni plata düzgün yazılmış kodla illərlə batareyada işləyir, səhv yazılmışla bir həftəyə boşalır. Ona görə işə arxitekturadan başlayırıq — hansı hadisə nə vaxt baş verir, prosessor nə vaxt yatır, məlumat harada saxlanılır.

STM32 (Cortex-M0/M4/M7), ESP32, nRF və RP2040 ilə işləyirik. Real vaxt tələbi olan yerlərdə FreeRTOS və ya Zephyr, sadə və çox aşağı enerjili cihazlarda bare-metal C. Sensorlar I2C, SPI, UART və CAN üzərindən qoşulur; sənaye cihazlarında Modbus tez-tez tələb olunur.

Sahəyə çıxan cihazda ən vacib iki şey yeniləmə və təhlükəsizlikdir. Bootloader və OTA quraşdırırıq ki, minlərlə cihaza yeni firmware uzaqdan gedə bilsin, secure boot və kod imzalanması ilə isə cihaza kənar firmware yüklənməsinin qarşısı alınır.

Necə işləyirik

Embedded firmware — STM32 debug lövhəsi, proqramlayıcı və osilloqrafFirmware yazılması — debug prosesi, lövhəyə qoşulmuş proqramlayıcıHazır nəticə — korpusa yığılmış, firmware yüklənmiş işlək cihaz

Bu sahədə nə görürük

  • Mikrokontroller firmware (STM32, ESP32, Arduino)
  • Sensorlar və aktuatorlar (I2C, SPI, UART, CAN)
  • Real-time sistemlər (FreeRTOS, Zephyr)
  • Aşağı enerji sərfiyyatı optimizasiyası
  • Bootloader və OTA firmware yeniləmə
  • USB, BLE, Wi-Fi, LoRa inteqrasiyası
  • ARM Cortex-M0/M4/M7 (STM32, nRF, RP2040) firmware
  • Secure boot, OTA firmware update, code signing

Nə təhvil alırsınız

  • Firmware mənbə kodu — Git anbarı ilə
  • Arxitektura sənədi və modul təsviri
  • Bootloader və OTA yeniləmə mexanizmi
  • Enerji sərfiyyatı ölçmə hesabatı
  • Test proseduru və nəticələri
  • İstehsal üçün proqramlama (flashing) təlimatı
  • Kod sizin olur — sonrakı dəyişikliklərdə asılı qalmırsınız

İşlədiyimiz texnologiyalar

STM32ESP32ArduinoFreeRTOSC/C++ARM Cortex-MOTASecure Boot

Sıfırdan seriyaya

  1. 01

    Konsultasiya və Tələbat Analizi

    Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.

  2. 02

    Arxitektura və Sxem Dizaynı

    Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.

  3. 03

    PCB Layout və Firmware

    PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.

  4. 04

    Prototip və Test

    İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.

  5. 05

    Seriya və Dəstək

    Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.

Ən çox verilən suallar

İdeyanız var? Danışaq

Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.