PCB Dizaynı və Dövrə Sxemi
PCB dizayn xidməti Bakı — dövrə sxemi (schematic), çoxqatlı PCB layout, KiCad və Altium, signal integrity, EMC və DFM yoxlaması. Gerber, BOM və montaj sənədləri təhvil verilir.
Tipik layihə:4-qatlı sensor PCB· 2–5 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Schematic (dövrə sxemi) və PCB layout — KiCad, Altium, EasyEDA. Signal integrity, EMC, DFM, impedance control. 2-8 qatlı, HDI, flex-rigid platalar.
PCB dizaynı sxemin çəkilməsi ilə bitmir — platanın real dünyada işləməsi layout-dan asılıdır. Qidalanma qatlarının bölünməsi, torpaqlama, yüksək sürətli xətlərin uzunluq uyğunluğu və komponentlərin yerləşməsi sonradan düzəldilmir; onlar ya əvvəldən düzgün qurulur, ya da plata istehsaldan sonra problem verir.
İşi KiCad və Altium-da aparırıq. Sxem hazırlananda komponent seçimi tədarük vəziyyətinə görə edilir — kağızda mükəmməl olan, amma bazarda tapılmayan hissə layihəni dayandırır. Layout mərhələsində signal integrity, EMC hazırlığı və DFM (istehsala uyğunluq) yoxlanılır, çünki zavod bir qayda pozuntusuna görə partiyanı geri qaytara bilir.
Sıfırdan dizayn qədər tez-tez rast gəlinən başqa iş: mövcud platanın yenidən çəkilməsi. Komponent istehsaldan çıxıb, ölçü dəyişməli, yaxud köhnə dizaynda daimi nasazlıq var — belə hallarda mövcud sxemi əsas götürüb yeni versiya qururuq.
Necə işləyirik



Bu sahədə nə görürük
- Schematic tərtibi (KiCad, Altium)
- 2–8 qatlı PCB layout
- Signal integrity və EMC dizaynı
- DFM (Design for Manufacturing) yoxlaması
- BOM hazırlanması və hissə seçimi
- Gerber, IPC, Pick-and-Place fayllar
- HDI (High-Density Interconnect) və flex-rigid PCB
- Impedance-controlled routing (differensial paired traces)
Nə təhvil alırsınız
- Dövrə sxemi (schematic) — mənbə faylı və PDF
- PCB layout faylı — KiCad və ya Altium
- Gerber, drill və pick-and-place faylları
- BOM — komponent siyahısı, tədarük linkləri ilə
- 3D model və mexaniki uyğunluq yoxlaması
- Montaj çertyoju və test qeydləri
- DFM hesabatı — zavodun tələblərinə uyğunluq
- Layihə sənədləri sizin olur, sonrakı versiyalarda sərbəst işlədə bilərsiniz
İşlədiyimiz texnologiyalar
Sıfırdan seriyaya
- 01
Konsultasiya və Tələbat Analizi
Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
- 02
Arxitektura və Sxem Dizaynı
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
- 03
PCB Layout və Firmware
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
- 04
Prototip və Test
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
- 05
Seriya və Dəstək
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Ən çox verilən suallar
Digər mühəndislik sahələri
İdeyanız var? Danışaq
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.
