LoRa, BLE və Zigbee — Simsiz Şəbəkə Qurulması
LoRaWAN sensor şəbəkəsi, BLE Mesh, Zigbee, Thread və Matter. Uzaq məsafə və aşağı enerji: qovşaq, gateway, anten uyğunlaşdırılması və sahə testi.
Tipik layihə:LoRaWAN sensor şəbəkəsi (50+ node)· 6–14 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Long-range və low-power wireless: LoRa/LoRaWAN, BLE Mesh, Zigbee, Thread, Matter, NB-IoT, Sub-GHz. Gateway və node dizaynı, radio compliance.
Simsiz seçim tələbdən çıxır, moda deyil. Kilometrlərlə məsafə və illərlə batareya lazımdırsa LoRa; telefonla birbaşa əlaqə lazımdırsa BLE; binadaxili sıx şəbəkə lazımdırsa Zigbee və ya Thread. Səhv seçim sonradan yalnız yenidən qurmaqla düzəlir.
Qovşaq tərəfində enerji büdcəsi hesablanır: nə vaxt yatır, nə vaxt oyanır, bir mesajın neçə millikulon apardığı. Gateway tərəfində əhatə, kanal planı və server bağlantısı qurulur. Anten uyğunlaşdırılması ayrıca mərhələdir — plata üzərində səhv yerləşdirilmiş anten məsafəni bir neçə dəfə azaldır.
Sahə testi olmadan iş bitmiş sayılmır. Real binada və ya ərazidə siqnal gücü ölçülür, itən paketlər sayılır, lazım gəlsə qovşaqların yeri dəyişdirilir.
Necə işləyirik



Bu sahədə nə görürük
- LoRaWAN — end device və gateway (Semtech SX1276/1301)
- BLE Mesh və BLE 5 low-power sensor node
- Zigbee, Thread, Matter — Home Automation
- NB-IoT və LTE-M (Quectel, u-blox modul)
- Sub-GHz custom protocol dizaynı (868/915 MHz)
- Radio compliance test (CE-RED, FCC Part 15)
Nə təhvil alırsınız
- Protokol seçimi üçün müqayisə və əsaslandırma
- Qovşaq firmware-i — enerji büdcəsi hesabı ilə
- Gateway konfiqurasiyası və server bağlantısı
- Anten seçimi və uyğunlaşdırma ölçmələri
- Sahə testi hesabatı — siqnal gücü və paket itkisi
- Şəbəkə xəritəsi və qovşaq yerləşmə planı
- İstismar təlimatı — qovşaq əlavə etmə, batareya dəyişimi
İşlədiyimiz texnologiyalar
Sıfırdan seriyaya
- 01
Konsultasiya və Tələbat Analizi
Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
- 02
Arxitektura və Sxem Dizaynı
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
- 03
PCB Layout və Firmware
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
- 04
Prototip və Test
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
- 05
Seriya və Dəstək
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Ən çox verilən suallar
Digər mühəndislik sahələri
İdeyanız var? Danışaq
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.
