Cihaz Bərpası və Tərsinə Mühəndislik
Sənədsiz cihazın bərpası və yenidən istehsalı — sxemin çıxarılması, istehsaldan çıxmış komponentlərin müasir qarşılıqla əvəzlənməsi, yeni plata versiyası.
Tipik layihə:Sənədsiz sənaye platasının bərpası· 2–5 həftə
Layihə
Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.
Sənədsiz plataların analizi və sxeminin bərpası, istehsalı dayandırılmış komponentlərin müasir qarşılıqla əvəzlənməsi, itirilmiş firmware-in bərpası.
Bu istiqamətin sualı təmir deyil: «cihaz istehsaldan çıxıb, ehtiyat hissəsi yoxdur, amma bizə lazımdır — yenisini qurun». Yəni məqsəd bir platanı işə salmaq deyil, həmin funksiyanı yenidən istehsal oluna bilən şəkildə qurmaqdır.
İş sxemin çıxarılması ilə başlayır: plata mikroskop altında izlənir, komponentlər identifikasiya olunur, dövrə bərpa edilir. Sonra istehsaldan çıxmış hissələr müasir qarşılıqla əvəzlənir — çox vaxt bu, eyni funksiyanı daha az komponentlə vermək deməkdir.
Nəticə yeni PCB versiyası və onun tam sənədləridir. Beləliklə cihaz bir daha «tapılmayan hissədən» asılı qalmır: növbəti dəfə lazım olanda sadəcə yeni partiya sifariş edilir.
Necə işləyirik



Bu sahədə nə görürük
- Plata trasingi və dövrə sxeminin bərpası
- EEPROM / flash dump, oxuma və analiz
- Obsolete komponentlərin müasir əvəzi
- Protokol sniffing — UART, SPI, I²C, CAN
- BOM-un yenidən qurulması və tədarük axtarışı
- Logic analyzer və osilloqraf ilə siqnal analizi
- Bərpa olunmuş dizaynın tam sənədləşdirilməsi
- Köhnə avadanlığın müasir kontrollerə miqrasiyası
Nə təhvil alırsınız
- Bərpa olunmuş dövrə sxemi — mənbə faylı ilə
- Komponent identifikasiyası və müasir qarşılıqlar siyahısı
- Yeni PCB dizaynı və istehsal faylları
- İlk prototip və funksional müqayisə testi
- Fərq sənədi — köhnə və yeni versiya arasında
- Sonrakı partiyalar üçün tam sənəd dəsti
İşlədiyimiz texnologiyalar
Sıfırdan seriyaya
- 01
Konsultasiya və Tələbat Analizi
Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.
- 02
Arxitektura və Sxem Dizaynı
Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.
- 03
PCB Layout və Firmware
PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.
- 04
Prototip və Test
İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.
- 05
Seriya və Dəstək
Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.
Ən çox verilən suallar
Digər mühəndislik sahələri
İdeyanız var? Danışaq
Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.
