🛒 Arduino, ESP32 və modullar

IoT Platforma və Backend Hazırlanması

IoT platforma hazırlanması — MQTT broker, cihaz idarəetməsi, məlumat bazası və dashboard. Node.js, Python (FastAPI), Mosquitto/EMQX, REST və WebSocket API.

Tipik layihə:IoT platforma + dashboard· 4–10 həftə

Layihə

Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.

Backend, API, cloud inteqrasiya. Node.js, Python (FastAPI), MQTT broker (Mosquitto, EMQX), REST/WebSocket, gRPC. Grafana dashboard, TimescaleDB/InfluxDB.

Cihaz özü işləsə də, məlumat bir yerə axmasa dəyəri azdır. IoT platforması həmin axını qurur: cihaz məlumatı göndərir, broker onu qəbul edir, baza saxlayır, panel göstərir, hədd aşılanda xəbərdarlıq gedir.

Nəqliyyat qatında MQTT işlədirik (Mosquitto və ya EMQX), backend Node.js və ya Python (FastAPI) üzərində qurulur, məlumat PostgreSQL və ya zaman sıralı bazada saxlanılır. Cihazla panel arasında REST və WebSocket API olur — biri sorğu üçün, digəri canlı yenilənmə üçün.

Miqyas məsələsi əvvəldən həll olunur: 10 cihazla işləyən quruluş 10 000 cihazda dağıla bilər. Cihazın qeydiyyatı, açar idarəçiliyi, mesaj tezliyi və məlumatın saxlanma müddəti layihənin əvvəlində müəyyən edilir.

Necə işləyirik

IoT platforma — antenli gateway və sensor qovşağı, arxada panel qrafikləriQurulma prosesi — gateway platasının konfiqurasiyası, şəbəkə kabeli qoşulubHazır nəticə — eyni tipli sensor qovşaqları və gateway, göstəriciləri yanır

Bu sahədə nə görürük

  • REST API və WebSocket serverlər (Node.js, Python)
  • MQTT broker konfiqurasiyası və custom protokollar
  • IoT dashboard (Grafana, custom React)
  • Cloud inteqrasiya (AWS IoT, Azure, self-hosted)
  • Edge computing və data pre-processing
  • Database dizaynı (PostgreSQL, TimescaleDB, InfluxDB)
  • MQTT broker (Mosquitto, EMQX) konfiqurasiyası və HA cluster
  • gRPC və GraphQL API-lər — enterprise inteqrasiya

Nə təhvil alırsınız

  • MQTT broker qurulumu və konfiqurasiyası
  • Backend xidməti — mənbə kodu ilə
  • Məlumat bazası sxemi və miqrasiyalar
  • REST və WebSocket API sənədləri
  • Dashboard — qrafiklər, cihaz siyahısı, xəbərdarlıqlar
  • Cihaz qeydiyyatı və açar idarəçiliyi
  • Serverdə quraşdırma və işə salma sənədi

İşlədiyimiz texnologiyalar

PythonNode.jsMQTTRESTIoTMosquittoEMQXgRPCGraphQLTimescaleDB

Sıfırdan seriyaya

  1. 01

    Konsultasiya və Tələbat Analizi

    Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.

  2. 02

    Arxitektura və Sxem Dizaynı

    Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.

  3. 03

    PCB Layout və Firmware

    PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.

  4. 04

    Prototip və Test

    İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.

  5. 05

    Seriya və Dəstək

    Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.

Ən çox verilən suallar

İdeyanız var? Danışaq

Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.