🛒 Arduino, ESP32 və modullar

Edge AI, TinyML və Computer Vision

Mikrokontrollerdə TinyML (TensorFlow Lite, Edge Impulse), NVIDIA Jetson və Google Coral üzərində computer vision. Anomaliya aşkarlanması, obyekt tanıma — buludsuz, cihazın özündə.

Tipik layihə:Vibrasiya sensoru + anomaly detection· 5-10 həftə

Layihə

Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.

TinyML (TensorFlow Lite, Edge Impulse) mikrokontrollerlərdə. Edge computing (NVIDIA Jetson, Google Coral), computer vision, sensor fusion, anomaly detection.

Edge AI-ın mənası modeli buluda yox, cihazın özünə yerləşdirməkdir. Bu, üç şey qazandırır: gecikmə millisaniyələrə düşür, internet kəsiləndə sistem işləməyə davam edir, məlumat isə cihazdan kənara çıxmır.

Mikrokontroller səviyyəsində TensorFlow Lite Micro və Edge Impulse ilə işləyirik — vibrasiya, səs və hərəkət məlumatında anomaliya aşkarlanması buraya girir. Daha ağır işlərdə (obyekt tanıma, sayma, oxuma) NVIDIA Jetson və ya Google Coral kimi edge platformaları işlədilir.

Bu sahədə əsl iş modeli seçmək deyil, məlumatı toplamaqdır. Real şəraitdən yığılmış nümunə olmadan model laboratoriyada işləyir, sahədə işləmir. Ona görə layihə adətən məlumat toplama mərhələsi ilə başlayır.

Necə işləyirik

Edge AI — kamera modulu qoşulmuş tək plata kompüter, arxada tanıma çərçivələriTest prosesi — kamera modulu stenddəki hərəkətli hissəyə yönəldilibHazır nəticə — metal korpusda yığcam görüntü emalı bloku, kronşteynə quraşdırılıb

Bu sahədə nə görürük

  • TinyML — TensorFlow Lite Micro STM32/ESP32-də
  • Edge Impulse ilə model training + deployment
  • NVIDIA Jetson Nano/Orin — computer vision pipeline
  • Google Coral Edge TPU inference
  • Sensor fusion (IMU + magnetometer + GPS)
  • Predictive maintenance və anomaly detection sensor data-da

Nə təhvil alırsınız

  • Məlumat toplama planı və toplanmış nümunə dəsti
  • Öyrədilmiş model və dəqiqlik hesabatı
  • Cihaz üzərində işləyən inference kodu
  • Enerji və gecikmə ölçmələri
  • Yenidən öyrətmə (retraining) proseduru
  • Cihaz konfiqurasiyası və quraşdırma sənədi

İşlədiyimiz texnologiyalar

TinyMLTensorFlow LiteEdge ImpulseJetsonCoralComputer Vision

Sıfırdan seriyaya

  1. 01

    Konsultasiya və Tələbat Analizi

    Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.

  2. 02

    Arxitektura və Sxem Dizaynı

    Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.

  3. 03

    PCB Layout və Firmware

    PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.

  4. 04

    Prototip və Test

    İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.

  5. 05

    Seriya və Dəstək

    Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.

Ən çox verilən suallar

İdeyanız var? Danışaq

Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.