🛒 Arduino, ESP32 və modullar

STM32, Arduino və PCB Dizayn Kursları

STM32 kursu, Arduino kursu və PCB dizayn kursu — fərdi və qrup, online və üzbəüz. Şirkət mühəndisləri üçün korporativ training və mentorluq.

Tipik layihə:STM32 full bootcamp (60 saat)· 8-10 həftə

Layihə

Layihənizi qısa danışın: nə qurmaq istəyirsiniz, hansı funksiyalar lazımdır, təxmini müddət. Oxşar iş görmüşüksə nümunə göndərək.

Kurslara bax

STM32, Arduino, ESP32, KiCad üzrə fərdi və qrup kursları (online + üzbəüz). Şirkət mühəndislərinə xüsusi training, university partnership, bootcamp formatı.

Kursun dəyəri slaydda deyil, tələbənin öz əli ilə qurduğu cihazdadır. Ona görə dərslər praktika üzərində qurulur: hər mövzunun sonunda işlək nəticə olur — yanan LED-dən başlayıb sensor oxuyan, məlumat göndərən cihaza qədər.

Əsas istiqamətlər: STM32 (registr səviyyəsindən HAL və FreeRTOS-a qədər), Arduino və ESP32 ilə sürətli başlanğıc, KiCad-də PCB dizaynı. Fərdi dərs sürəti tələbəyə uyğunlaşdırır, qrup dərsi isə ucuz başa gəlir.

Şirkətlər üçün ayrı format var: mövcud mühəndislərə konkret texnologiya üzrə training — məsələn komanda Arduino-dan STM32-yə keçirsə, yaxud FreeRTOS-a başlayırsa. Proqram şirkətin öz layihəsi üzərində qurulur, ümumi nümunələrlə yox.

Kurslar Innoway platformasında keçirilir — cədvəl, qiymət və qeydiyyat oradadır. Korporativ training və 1:1 mentorluq üçün birbaşa bizə yazın.

Kurslara bax

Necə işləyirik

Kurs və mentorluq — bir sırada STM32 lövhələri, breadboard və kabellər, arxada sxem lövhəsiDərs prosesi — breadboardda LED və sensora qoşulmuş lövhə, multimetr probuHazır nəticə — tələbənin qurduğu işlək cihaz, ekranı yanır

Bu sahədə nə görürük

  • STM32 embedded C — sıfırdan seriya səviyyəsinə (60 saat)
  • Arduino & ESP32 IoT — həvəskarlardan pro-ya (40 saat)
  • KiCad PCB dizaynı — bootcamp (24 saat, 3-4 layihə)
  • Korporativ team training — firma tələbləri əsasında custom syllabus
  • 1:1 mentorluq — texniki müzakirə + kod review həftəlik
  • Career coaching — junior embedded developer üçün roadmap

Nə təhvil alırsınız

  • Praktik tapşırıqlar və işlək nümunə kodlar
  • Dərs materialları və sxemlər
  • Hər mövzu üzrə kiçik layihə
  • Dərsdən sonra sual-cavab dəstəyi
  • Korporativ formatda: şirkətin öz layihəsi üzərində proqram

İşlədiyimiz texnologiyalar

STM32 CourseArduinoKiCadMentorluqCorporateBootcamp

Sıfırdan seriyaya

  1. 01

    Konsultasiya və Tələbat Analizi

    Layihənin məqsədini, funksional tələblərini, büdcə və müddət limitlərini birgə müəyyən edirik. NDA lazım olarsa imzalanır.

  2. 02

    Arxitektura və Sxem Dizaynı

    Sistem arxitekturası, hissə seçimi, dövrə sxemi (schematic) hazırlanır. Ilkin BOM və PCB blok diaqramı razılaşdırılır.

  3. 03

    PCB Layout və Firmware

    PCB dizaynı (KiCad/Altium), signal integrity, EMC yoxlaması. Firmware paralel yazılır. Ara-mərhələ review-lar.

  4. 04

    Prototip və Test

    İlk PCB partiyası quraşdırılır, laboratoriyada test edilir. Firmware ilə birgə validation. Zəruri düzəlişlər.

  5. 05

    Seriya və Dəstək

    Kütləvi istehsal üçün DFM optimizasiyası. Sənədləşdirmə, user manual, uzunmüddətli texniki dəstək.

Ən çox verilən suallar

İdeyanız var? Danışaq

Kiçik prototip, orta miqyaslı R&D və ya uzunmüddətli texniki dəstək — layihənizin ölçüsündən asılı olmayaraq, 48 saat ərzində cavab verirəm.