UPS və Stabilizator Təmiri Bakı
UPS və stabilizator təmiri: bespereboynik, gərginlik tənzimləyici, invertor. Şarj dövrəsi, invertor bloku və idarəetmə platası — komponent səviyyəsində.
Sifariş
Cihazın marka və modelini yazın, nasazlığı qısa izah edin. Ən faydalısı videodur — nasazlığı çəkin. Platanın aydın şəkilləri də kömək edir.
UPS (bespereboynik), gərginlik stabilizatoru və invertorların təmiri. Komponent səviyyəsində plata təmiri: idarəetmə platası, invertor bloku, şarj dövrəsi, bypass relesi və batareya idarəetməsi. APC, Eaton, Powercom, Ippon, Ресанта, Энергия.
Necə işləyirik



Hər cihaz təmir olunmur
Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.
UPS və stabilizator əksər hallarda batareyaya görə deyil, elektronikaya görə sıradan çıxır. «Batareya dəyişdim, yenə işləmir» ən çox eşitdiyimiz cümlədir — çünki əsl nasazlıq şarj dövrəsində, invertor blokunda və ya idarəetmə platasında olur.
Line-interactive UPS-lərdə ən tez-tez rele və AVR (avtomatik gərginlik tənzimləmə) bölməsi sıradan çıxır: cihaz şəbəkə normal olduğu halda batareyaya keçir və ya daim klik edir. Online UPS-lərdə isə problem çox vaxt düzləndirici və invertor kaskadındadır.
Stabilizatorlarda tipik nasazlıq relelərin yanması, ölçmə dövrəsinin sürüşməsi və idarəetmə mikrokontrollerinin bloklanmasıdır. Bir çox halda transformator sağlam qalır və yalnız plata bərpa olunur.
Sənaye və server otağı UPS-ləri üçün yerində diaqnostika mümkündür — belə cihazları daşımaq həm çətin, həm risklidir.
Elektronika ustası və ya plata ustası axtarırsınızsa — bu iş komponent səviyyəsində aparılır: nasazlıq bloku deyil, konkret komponenti dəyişməklə həll olunur.
Hansı cihazları təmir edirik
Tez-tez rast gəlinən nasazlıqlar
- Şəbəkə var, amma UPS batareyadan işləyir
- Batareya yeni olsa da tez boşalır
- Fasiləsiz siqnal verir (bip), yüklənmir
- Ekranda xəta kodu, bypass rejimində qalır
- Şarj olmur, batareya gərginliyi qalxmır
- Çıxışda gərginlik yoxdur
- Stabilizator gərginliyi tənzimləmir
- Rele daim klik edir, çıxış sıçrayır
- Transformator qızır, iy gəlir
- İşə düşəndə avtomat atır
- Ventilyator işləmir, blok qızır
- Sıçrayışdan sonra ümumiyyətlə açılmır
Nasazlığın tipik səbəbləri
- Şəbəkə gərginliyinin uzunmüddətli aşağı və ya yüksək olması
- Batareyanın vaxtında dəyişilməməsi nəticəsində şarj dövrəsinin yüklənməsi
- Yüksək güclü yükün (motor, kompressor) UPS-ə qoşulması
- Ventilyatorun dayanması və blokun qızması
- Nəm və toz — xüsusən anbar və zirzəmi şəraitində
- Elektrolitik kondensatorların qurumasından çıxış gərginliyinin sürüşməsi
- İldırım və şəbəkə sıçrayışları
İşlədiyimiz brend və platformalar
Təmir prosesi
- 01
Müraciət və ilkin söhbət
WhatsApp və ya Telegram üzərindən nasazlığı bizə danışın. Göndərdiyiniz məlumatı dəyərləndirib cihazın bizim profilimizə uyğun olub-olmadığını bildiririk.
- 02
Qəbul və diaqnostika
Cihazı qəbul edəcəyiksə, bunu əvvəlcədən təsdiqləyirik — təsdiq almadan cihaz göndərilməməlidir. Cihaz bizə çatdıqdan sonra ən geci 48 saat (iki iş günü) ərzində diaqnostika aparılır.
- 03
Təxmin və razılıq
Nasazlığın səbəbi, təxmini xərc, ehtiyat hissənin mövcudluğu və müddət barədə hesabat təqdim olunur. İşə yalnız siz razılıq bildirdikdən sonra başlanılır.
- 04
Test və təhvil
Təmirdən sonra cihaz minimum 24 saat yük altında sınaqdan keçirilir. Sabit işlədiyi təsdiqləndikdən sonra nəticə barədə məlumat verilir və cihaz təhvil olunur.
Diaqnostika və qiymət
Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Diaqnostika qiyməti haqqında ətraflıTez-tez verilən suallar
Digər təmir sahələri
Təmir üçün müraciət edin
WhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.
