🛒 Arduino, ESP32 və modullar

Notebook Anakart Təmiri Bakı

Notebook anakart təmiri Bakı — noutbuk və kompüter matplatasında plata təmiri: şarj almır, qara ekran, qısaqapanma, GPU reballing və şarj yuvası bərpası komponent səviyyəsində.

Sifariş

Cihazın marka və modelini yazın, nasazlığı qısa izah edin. Ən faydalısı videodur — nasazlığı çəkin. Platanın aydın şəkilləri də kömək edir.

Notebook və desktop anakart təmiri, komponent səviyyəsində plata təmiri. Qısaqapanma diaqnostikası, MOSFET, çip və konnektor dəyişimi, şarj yuvası bərpası, BIOS/EC proqramlaması və GPU reballing (Nvidia, AMD).

Necə işləyirik

Notebook anakartının təmiri — arxada açılmış noutbuk, önündə anakart və lehim ucuNotebook anakartının təmiri, təmir prosesi — ölçmə və komponent lehimiNotebook anakartının təmiri, tipik nasazlıq — yaxın plan
⚠️

Hər cihaz təmir olunmur

Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.

Noutbuk anakartı (matplata, motherboard) təmiri bizim ən çox müraciət alan istiqamətlərimizdəndir. Cihaz şarj almırsa, işıq yanır amma ekran qaradırsa, yaxud qızıb özü sönürsə — bunların böyük əksəriyyəti anakart üzərində konkret bir komponentin nasazlığıdır və anakartı tam dəyişmədən həll olunur.

İşi mikroskop altında aparırıq — bütöv anakart dəyişmək əvəzinə plata təmiri edirik: qidalanma xətlərini ardıcıl ölçür, qısaqapanmanı tapır, yanmış MOSFET, çip və ya konnektoru dəyişirik. Dell, HP, Lenovo, ASUS, Acer və MacBook logic board-ları ilə işləyirik. Video çipin (GPU) soyuq lehimi hallarında BGA reballing aparılır.

Şarj yuvasının qopması, maye tökülməsi və BIOS/EC yaddaşının korlanması ayrıca tez-tez rast gəlinən hallardır. Yuva qopanda çox vaxt lehim sahələri də qalxır — onları bərpa edirik. Maye halında isə vaxt həlledicidir: cihaz yandırılmadan gətirilsə, bərpa şansı qat-qat yüksəkdir.

Hansı cihazları təmir edirik

Notebook anakartları — Dell, HP, Lenovo, ASUS, Acer
MacBook logic board — Intel, T2, M1, M2 seriyaları
Oyun noutbukları — MSI, ASUS ROG, Lenovo Legion
Ultrabook və nazik korpuslu modellər
Desktop anakartlar — ASUS, Gigabyte, MSI, ASRock
All-in-one kompüterlər
Mini PC və NUC platformaları
Workstation və server anakartları
Video çip (GPU) — Nvidia, AMD BGA reballing
Şarj yuvası (DC-Jack) və güc dövrəsi
BIOS / EC yaddaş çipləri və proqramlama
Batareya kontroller lövhələri
USB-C və Thunderbolt kontrollerləri
Klaviatura, trackpad və ekran şleyf konnektorları

Tez-tez rast gəlinən nasazlıqlar

  • Şarj olunmur, batareya görünmür
  • Açılır, ekran qara qalır (no display)
  • İşə düşmür, heç bir işıq yanmır
  • Həddən artıq qızır və özü sönür
  • Şarj yuvası (DC-Jack) qopub, oynayır
  • Üstünə maye tökülüb
  • Görüntüdə artefakt, zolaq və ya rəng pozulması
  • USB, HDMI və Type-C portları işləmir
  • Klaviatura və ya trackpad cavab vermir
  • Batareya şarj olur, amma tez oturur
  • BIOS parolu və ya korlanmış firmware
  • Ventilyator maksimum fırlanır, sistem yavaşlayır

Nasazlığın tipik səbəbləri

  • Şarj xəttində qısaqapanma (adətən deşilmiş MOSFET və ya kondensator)
  • Maye töküldükdən sonra korroziya və keçiricilik
  • Video çipin (GPU) altında lehim mikroçatları
  • Şarj konnektorunun mexaniki qopması, lehim sahəsinin qalxması
  • BIOS və ya EC yaddaşının korlanması
  • Toz və quruyan termopasta səbəbindən daimi həddindən artıq qızma
  • Keyfiyyətsiz və ya uyğunsuz adapterdən gərginlik sıçrayışı
  • Əvvəlki savadsız müdaxilədən sonra qalxmış yollar və körpülənmiş kontaktlar

İşlədiyimiz brend və platformalar

DellHPLenovoMacBookASUSAcerMSISamsungHuaweiGPU ReballBIOS / ECLogic BoardMOSFETDC-Jack

Təmir prosesi

  1. 01

    Müraciət və ilkin söhbət

    WhatsApp və ya Telegram üzərindən nasazlığı bizə danışın. Göndərdiyiniz məlumatı dəyərləndirib cihazın bizim profilimizə uyğun olub-olmadığını bildiririk.

  2. 02

    Qəbul və diaqnostika

    Cihazı qəbul edəcəyiksə, bunu əvvəlcədən təsdiqləyirik — təsdiq almadan cihaz göndərilməməlidir. Cihaz bizə çatdıqdan sonra ən geci 48 saat (iki iş günü) ərzində diaqnostika aparılır.

  3. 03

    Təxmin və razılıq

    Nasazlığın səbəbi, təxmini xərc, ehtiyat hissənin mövcudluğu və müddət barədə hesabat təqdim olunur. İşə yalnız siz razılıq bildirdikdən sonra başlanılır.

  4. 04

    Test və təhvil

    Təmirdən sonra cihaz minimum 24 saat yük altında sınaqdan keçirilir. Sabit işlədiyi təsdiqləndikdən sonra nəticə barədə məlumat verilir və cihaz təhvil olunur.

Diaqnostika və qiymət

Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.

Diaqnostika qiyməti haqqında ətraflı

Tez-tez verilən suallar

Təmir üçün müraciət edin

WhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.