PLC və HMI Təmiri Bakı
PLC və HMI təmiri Bakı — sənaye kontrollerləri, operator panelləri və panel PC-lərdə plata təmiri: idarəetmə bloku işə düşmür, I/O kanalı yanıb, Modbus/RS-485 əlaqəsi kəsilir.
Sifariş
Cihazın marka və modelini yazın, nasazlığı qısa izah edin. Ən faydalısı videodur — nasazlığı çəkin. Platanın aydın şəkilləri də kömək edir.
PLC, HMI operator paneli, panel PC və sənaye kontrollerlərinin elektronika təmiri. Siemens, Delta, Schneider, Omron, Allen-Bradley, Mitsubishi. Komponent səviyyəsində plata təmiri: giriş-çıxış (I/O) kanalı, qidalanma kaskadı, kommunikasiya sürücüsü və sensor ekran dəyişimi.
Necə işləyirik



Hər cihaz təmir olunmur
Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.
Sənaye kontrolleri sıradan çıxanda çox vaxt bütün istehsal xətti dayanır, ona görə ilk sual bərpanın nə qədər çəkəcəyidir. PLC, HMI operator paneli və panel PC-lərdə işi komponent səviyyəsində aparırıq: modulu bütöv dəyişmək əvəzinə yanmış giriş-çıxış kanalını, qidalanma kaskadını və ya kommunikasiya sürücüsünü bərpa edirik.
Siemens, Delta, Schneider, Omron, Allen-Bradley və Mitsubishi plataları ilə təcrübəmiz var — iş modul dəyişimi yox, plata təmiri səviyyəsindədir. Tipik müraciətlər: kontroller işə düşmür, Modbus və ya RS-485 əlaqəsi kəsilir, HMI ekranı toxunuşa cavab vermir. CNC dəzgahların (stanokların) elektronika blokları da bu istiqamətə daxildir.
Bu qrupda nasazlığın ən çox rast gəlinən mənbəyi giriş-çıxış tərəfidir: sahədən gələn yüksək gərginlik və ya səhv qoşulma I/O kanalını yandırır. İkinci yer kommunikasiya sürücüsünə aiddir — RS-485 xəttinə düşən impuls sürücü mikrosxemini sıradan çıxarır. Hər iki halda bütöv modul dəyişmək lazım gəlmir.
Hansı cihazları təmir edirik
Tez-tez rast gəlinən nasazlıqlar
- İdarə bloku sıradan çıxıb, işə düşmür
- Kommunikasiya itkisi (Modbus, RS-485, Profibus, Profinet)
- Giriş-çıxış (I/O) kanalı siqnal görmür
- Analoq giriş yanlış qiymət oxuyur
- Güc bölməsində yanma, kondensator problemi
- HMI ekranında toxunma işləmir
- HMI ekranı ağarıb və ya işıqlandırma sönüb
- Operator paneli açılır, proqram yüklənmir
- Kontroller dövri olaraq özünü yenidən başladır
- Yaddaş batareyası bitib, proqram itir
- CNC dəzgahın idarə bloku xəta verir
- Rele çıxışları qoşulmur, kontaktlar yanıb
Nasazlığın tipik səbəbləri
- Giriş-çıxış (I/O) kanalının yüksək gərginlikdən yanması
- Qidalanma bölməsində kondensatorların quruması
- RS-485 / Profibus sürücü mikrosxeminin sıradan çıxması
- HMI-da toxunma panelinin şleyf bağlantısının kəsilməsi
- Yaddaş batareyasının bitməsi və proqramın itməsi
- Toz və rütubətdən plata üzərində keçiricilik
- Sahə kabelində səhv qoşulma və ya faz düşməsi
- Torpaqlama problemindən gələn impuls və statik boşalma
İşlədiyimiz brend və platformalar
Təmir prosesi
- 01
Müraciət və ilkin söhbət
WhatsApp və ya Telegram üzərindən nasazlığı bizə danışın. Göndərdiyiniz məlumatı dəyərləndirib cihazın bizim profilimizə uyğun olub-olmadığını bildiririk.
- 02
Qəbul və diaqnostika
Cihazı qəbul edəcəyiksə, bunu əvvəlcədən təsdiqləyirik — təsdiq almadan cihaz göndərilməməlidir. Cihaz bizə çatdıqdan sonra ən geci 48 saat (iki iş günü) ərzində diaqnostika aparılır.
- 03
Təxmin və razılıq
Nasazlığın səbəbi, təxmini xərc, ehtiyat hissənin mövcudluğu və müddət barədə hesabat təqdim olunur. İşə yalnız siz razılıq bildirdikdən sonra başlanılır.
- 04
Test və təhvil
Təmirdən sonra cihaz minimum 24 saat yük altında sınaqdan keçirilir. Sabit işlədiyi təsdiqləndikdən sonra nəticə barədə məlumat verilir və cihaz təhvil olunur.
Diaqnostika və qiymət
Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Diaqnostika qiyməti haqqında ətraflıTez-tez verilən suallar
Digər təmir sahələri
Təmir üçün müraciət edin
WhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.
