Lazer Epilyasiya Cihazı Təmiri
Diod, alexandrite və Nd:YAG lazer epilyasiya cihazlarının təmiri: impuls gəlmir, güc zəifləyib, aplikator yanmır, cihaz qoruma rejiminə keçir. Güc mənbəyi, kondensator bankı, idarəetmə platası və soyutma sistemi üzrə komponent səviyyəsində iş.
Hər cihaz təmir olunmur
Bəzi hallarda bərpa mümkün olmur: mikrosxem istehsaldan çıxıb və ehtiyat hissəsi tapılmır, donor plata yoxdur, plata yanğın və ya su nəticəsində ağır zədələnib, yaxud əvvəlki uğursuz müdaxilələr onu bərpa oluna bilməz hala salıb. Belə hallarda vəziyyəti olduğu kimi izah edirik və mümkünsə alternativ yol təklif edirik.
Lazer epilyasiya cihazlarında ən çox rast gəlinən nasazlıq lazerin özündə deyil, onu qidalandıran və soyudan hissədədir. Cihaz işə düşür, ekran yanır, amma impuls gəlmir — bu halda adətən günahkar güc mənbəyi, kondensator bankı və ya aplikator kabelidir. Bunların hamısı komponent səviyyəsində bərpa olunur, bütöv modul almağa ehtiyaq qalmır.
Diod və alexandrite lazerlərdə diaqnostikanı ardıcıl aparırıq: əvvəl şəbəkə girişi və güc mənbəyi, sonra kondensator bankının tutumu, idarəetmə platasının siqnalları, aplikator kabelinin keçidi və nəhayət soyutma konturu. Güc zəifləyibsə, çox vaxt səbəb kondensatorların yaşlanması və ya soyutmanın zəifləməsidir — lazer barının özü isə hələ sağlam olur.
Lazer barı (diod xətti) tükənibsə, bu artıq təmir yox, dəyişdirmədir və qiyməti tamam başqa səviyyədədir. Bunu diaqnostikada dəqiq ayırd edirik və nəticəni açıq deyirik — salon üçün cihazın boş dayanması birbaşa itkidir, ona görə "bəlkə düzələr" deyib vaxt uzatmırıq.
Tez-tez rast gəlinən nasazlıqlar
- İmpuls gəlmir, aplikator işıq vermir
- Güc zəifləyib, seanslar nəticə vermir
- Cihaz bir neçə atışdan sonra qoruma rejiminə keçir
- Ekranda soyutma və ya temperatur xətası çıxır
- Aplikator kabeli qırılıb, əyilən yerdə kontakt itir
- Soyutma sistemi (çiller) sızır, ventilyator dayanıb
- Cihaz ümumiyyətlə işə düşmür, ekran qaranlıq qalır
- Ayaq pedalı işləmir, atış başlamır
Nasazlığın tipik səbəbləri
- Şəbəkə gərginliyi sıçrayışından güc mənbəyinin yanması
- Soyutma mayesinin azalması və ya çillerin dayanması nəticəsində qızma
- Kondensator bankının yaşlanması — impuls enerjisinin düşməsi
- Aplikator kabelinin ən çox əyilən nöqtədə qırılması
- Toz və tük yığılmasından radiatorun tutulması
- Əvvəlki savadsız təmirdən sonra sxemin zədələnməsi
Diaqnostika və qiymət
Diaqnostika ödənişlidir — platanın mürəkkəbliyindən asılı olaraq 10–50 AZN. Təmiri bizə həvalə etsəniz, bu məbləğ yekun qiymətdən çıxılır. Dəqiq təmir qiyməti yalnız diaqnostikadan sonra bildirilir və işə başlamazdan əvvəl sizinlə razılaşdırılır.
Diaqnostika qiyməti haqqında ətraflıTez-tez verilən suallar
Təmir üçün müraciət edin
WhatsApp və ya Telegram üzərindən cihazın MARKA və MODELİNİ yazın, problemi mümkün qədər geniş izah edin. Ən faydalısı VİDEO-dur: nasazlığı çəkin və nə baş verdiyini öz sözlərinizlə ətraflı danışın. Bundan əlavə cihazın və varsa dövrə kartının (platanın) müxtəlif istiqamətlərdən aydın şəkillərini göndərin. Nə qədər çox detal versəniz, cavab bir o qədər dəqiq və sürətli olar.
