Yüklənir...
Yüklənir...
Həm fərdi layihələr, həm də şirkətlər üçün. elektronika və proqramlaşdırma sahəsində innovativ həllər hazırlayıram, eləcə də bu sahəni tədris edirəm.
8+
İl Təcrübə
20+
Layihə
4+
İl Tədris
Doğum tarixi
16 Aprel 1991
Şəhər
Bakı, Azərbaycan
Təhsil
BDU — Fizika (2009–2013)
Peşə
Elektronika və Proqramlaşdırma
Mən, Nizami Kəlbəliyev, 16 aprel 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışam. Universitet illərindən etibarən elektronika və proqramlaşdırma sahələrinə böyük maraq göstərmiş, bu istiqamətdə həm nəzəri, həm də praktiki bacarıqlarımı davamlı şəkildə inkişaf etdirmişəm.
Təhsilimdən sonra fəaliyyətim əsasən elektronika mühəndisliyi, mikrokontroller əsaslı sistemlər, PCB dizaynı, embedded proqramlaşdırma, embedded sistemlər – masaüstü tətbiqlər və server əlaqəsi, IoT texnologiyaları və tədris fəaliyyəti sahələrini əhatə edib.
Fəaliyyətim boyunca həm dövlət, həm də özəl sektorda müxtəlif texnoloji layihələrin hazırlanması, tətbiqi və tədrisi ilə məşğul olmuşam. Bu müddət ərzində müxtəlif sektorlar üçün xüsusi texnoloji həllər, cihazlar və avtomatlaşdırma sistemləri hazırlamışam.
Layihələrim arasında sənaye nəzarət sistemləri, GPS izləmə cihazları, radiasiya yönümlü cihazların modernizasiyası, sərgi cihazları, oyun sistemləri və digər innovativ həllər var.
Sumaks Technologies
Elektronika mühəndisliyi üzrə ilk peşəkar təcrübə. Sxem və prototip işləri.
NRYTN Data Hesablama Mərkəzi
Məlumat emalı sistemləri üçün hardware həlləri və elektronika layihələri.
MAS MMC — Hytera Azerbaijan
Hytera rabitə avadanlıqlarının texniki dəstəyi və elektronika xidməti.
Code and More Scholarship Program
Tələbələrə Arduino, embedded proqramlaşdırma və elektronika əsasları üzrə dərslər.
RINN — IRIA Nüvə Tədqiqat Departamenti
Nüvə tədqiqat departamentində elektronika mühəndisi kimi çalışıram.
Innoway Təhsil Mərkəzi
Mikrokontroller proqramlaşdırma və Elektronika üzrə kurslar tədris edirəm.
Uzun müddətdir ki, həm də tədris və maarifləndirmə fəaliyyəti ilə məşğulam:
Innoway Education Centre-də artıq 2 ildir ki, mikrokontroller proqramlaşdırması və elektronika üzrə tədris verirəm.
Öz platformam olan edu.embedded.az vasitəsilə online elektronika, PCB dizaynı və embedded proqramlaşdırma kursları təşkil edirəm.
YouTube, Instagram, Facebook və digər sosial şəbəkələrdə, həmçinin embedded.az blog səhifəsində maarifləndirici videolar və məqalələr paylaşaraq bu sahəyə marağı artırıram.
Elektronika və proqram təminatı sahəsində ixtisaslaşmış mütəxəssis kimi embedded sistemlər, mikrokontroller proqramlaşdırması və real vaxt əsaslı rabitə protokolları üzərində geniş təcrübəyə malikəm. İllər ərzində STM32 (ARM Cortex-M), Arduino (AVR), ESP və s. mikrokontrollerlər ilə çalışaraq UART, SPI, I²C, RS-485, CAN Bus kimi protokollardan səmərəli şəkildə istifadə edirəm.
Veb və backend texnologiyaları sahəsində Next.js və React ilə modern frontend həlləri, Node.js mühitində isə mürəkkəb arxitekturalar qururam. Verilənlərin idarə olunmasında PostgreSQL və MongoDB bazalarından, məzmun və e-ticarət idarəetməsində isə Strapi platformalarından istifadə edirəm. Məlumatların saxlanılması üçün MinIO obyekt saxlamasından, real-time əlaqə üçün isə MQTT və WebSocket texnologiyalarından yararlanıram.
Hardware tərəfində Altium Designer, KiCad və EasyEDA vasitəsilə peşəkar PCB dizaynları hazırlayır, sxemləri Proteus və Multisim mühitində simulyasiya edirəm. Raspberry Pi, Orange Pi və Armbian Linux sistemlərində cihaz konfiqurasiyası və GPIO idarəetməsində Python-dan geniş istifadə edir, mexaniki hissələri 3D çap ilə istehsal edirəm.
Mobil tərəfdə Kotlin və Flutter dilləri ilə Arduino və digər sensor əsaslı sistemlərdən məlumat oxuyan və idarəetmə funksiyalarını yerinə yetirən tətbiqlər hazırlayıram. Həmçinin, xüsusi mühəndislik layihəsi kimi Sualtı Robototexnika (ROV) sistemləri və 18650 Li-ion batareya paketlərinin (6s2p, 6s3p) yığılması və BMS inteqrasiyası üzrə praktiki təcrübəm var.
Bilik və təcrübəmi paylaşmağı sevən bir təlimçi kimi rəqəmsal elektronika, C proqramlaşdırma və mikrokontrollerlər mövzusunda tədris materialları hazırlayır və bu sahədə mütəxəssis yetişdirilməsinə töhfə verirəm.
Şirkətlər və fərdi şəxslər üçün özəl elektronik həllər və proqram təminatları hazırlanması.
Şirkətlər və startaplar üçün daimi texniki dəstək və araşdırma-inkişaf xidmətləri.
Layihəyə özəl sərbəst iş icrası. Prototipləmə, proqramlaşdırma, dizayn və test.
Online kurslar və mentorluq (Arduino, Elektronika, PCB dizaynı və s.) və layihə əsaslı təlimlər.
Layihəniz üçün kömək lazımdır? Əlaqə saxlayın, birlikdə ən yaxşı həlli tapaq.